Qaradağda Səyyar Görüş Keçirildi - Fotolar » DaylyAz
Politika

Qaradağda səyyar görüş keçirildi – Fotolar

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Ümid qəsəbəsi sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda ümumilikdə 40-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 3 nəfəri fərdi qaydada dinləyən RİH başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/qaradagda-seyyar-gorus-kecirildi-fotolar-496447

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button