Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram

“Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir. Serialda aktyor truppası, rejissor işi, maddiyat və mənəviyyat güclü olmalıdır. Bir-iki istedadlı seçirlər, qalanı yox. Bütün aktyor heyəti güclü olmalıdır. Bir dəfə çəkilmək üçün razılıq vermişdim. Amma çəkiləndə gördüm ki, tərəf müqabilim, aktyor truppası… Adını çəkməyəcəyəm, çəkilsəm deyərdim. Seriallara ciddi yanaşmaq lazımdır”.
Aktrisa ciddi qonorar istəməisinə bağlı söhbətlərə aydınlıq gətirdi:
“İllərdir bu sahədə yol gəlirəm, zəhmətimin bəhrəsini görəməliyəm. Amma görsəm rejissor işi, aktyor heyəti yaxşıdır, çəkilərəm. Heç qonorar danışmaram. Amma çəkilirəmsə, zəhmətimin bəhrəsi ödənilməlidir”.
M.Əsədova qızı Gülərdən söhbət açdı. O, bildirib ki, aktrisa olmasını görmək istemir:
“Qızımın fikirlərinə hörmətlə yanaşıram. Amma mən onun aktrisa olmasını istəmərəm. Bir aktrisa nə qədər tale oynayır. Mənim obrazlarım ürəyimə təsir edir. O əziyyəti qıza qəbul etmirəm. Qızım efirdən uzaq qalır. Diplomatiya sahəsində təhsil alır. Bu il magistraturaya hazırlaşıryır. Qızımın 20 yaşı var, hələ də sosial şəbəkələrdən uzaqdır. Mənim qızım TikTok-dan nə öyrənəcək? Lazım deyil. Qızım mənə aiddir, əvvəldən istəməmişəm. Deyirəm, qızım, istəsən instaqram aç, amma TikTok olmaz. Qızım daha çox kitab oxuyur”.
Hər zaman formada qalmağa çalışan əsədova “Formada olmalıyam, obrazlarla uyğun gəlməliyəm. Ona görə də idmanla, yoqa ilə məşğul oluram. Səyahəti çox sevirəm” sözləri ilə əlavə etdi. (Axşam.az)
Mənbə: https://news.milli.az/showbiz/1310538.html







