Kriminal
Qusarın “Chateau” hotelinin otağında əcnəbinin meyiti tapıldı

Zaqafqaziyada Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Qusar rayonunda yerləşən “Chateau” hotelində baş verib.
1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotelin otağında aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/qusardaki-hotelde-ecnebinin-meyiti-tapildi-498889







