“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib. 

“Qafqazinfo” xəbər verir ki, bu “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.

Komanda Misli Premyer Liqasının 20-ci turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. 

Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan paytaxt təmsilçisi 100-cü dəfə qələbəsinə sevinib. Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

Qeyd edək ki, R.Sadıqov 2020-ci ildən “Zirə”ni çalışdırır.

Mənbə: https://qafqazinfo.az/news/detail/resad-sadiqovun-100-cu-qelebesi-499018

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *