Rasim İldırımla Birgə Onların Da - 12 Il Həbsi Tələb Olunub » DaylyAz
Kriminal

Rasim İldırımla birgə onların da – 12 il həbsi tələb olunub

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun bir ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, bu günkü prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin üçünün də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinmələrini, hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum edilmələrini və məhkəmə zalında həbs olunlarımını tələb edib.

Zərərçəkmiş tərəf də bu tələblə razılaşıb. Hər cür ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərin qanuni şəkildə cəzalanmalarını xahiş edib.

Müdafiə tərəfinə çıxışa hazırlanmaları üçün fevralın 24-nə kimi vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər iş adamı Qurban Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəklərinə vədi ilə aldadıblar. Bunun müqabilində ondan 510 min manat ərazidəki pul, 34 min manatlıq qızıl-zinət əşyaları alıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/rasim-ildirimla-birge-onlarin-da-12-il-hebsi-teleb-edildi-498362

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button