Şou Biznes Xəbərləri
Robert Düvall (Xaç atası) 95 yaşında vəfat edibli.

Dünyə şöhrətli aktyor və rejissor Robert Düvall 95 yaşında vəfat edib.
Dəqiq 60 illik Hollivud karyerası ərzində Robert Düvall həm baş, həm də köməkçi rollarda inanılmaz dərəcədə çoxşaxəli obrazlar yaradıb.
"Xaç atası" filmində mafiya ailəsinin təmkinli məsləhətçisi Tom Hagen rolu ilə tarixə düşüb.
"Apokalipsis bu gün" filmində sörfinq həvəskarı olan ordu polkovniki obrazı unudulmazdır.
Duvall karyerası boyu ümumilikdə 7 dəfə "Oskar" və 7 dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
1931-ci ildə San-Dieqoda anadan olan Robert Seldon Düvall hərbçi ailəsində böyüyüb – atası ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı olub. Düvall özü də Koreya müharibəsi zamanı iki il orduda xidmət edib.
Mənbə: https://news.milli.az/showbiz/1316669.html







