Xalq artisti Röya Ayxan “Öz aramızda” verilişində səmimi etirafları ilə diqqət çəkib. O, Röya şəxsi etibarilə etiraf edib ki, bu məsələni ciddi şəkildə düşündükcə peşmanlığı daha da artır: “İkinci övladımın olmamasına görə çox peşmanam. Bu, məni narahat edən bir hissdir”.
Sənətçi ailə qurması ilə bağlı etiraf edib ki, oğlu Hüseyni tək övlad qoyduğunu düşündüyü üçün zaman-zaman vicdan əzabı çəkdiyini deyib: “Hüseyni tək qoyduğum üçün çox peşmanam. Bəzən evə peşman qayıdır. Hansısa dostunun onunla görüşə bilməyəndə, gələ bilməyəndə”.
Röya bildirib ki, Hüseyn ata tərəfdən bacı-qardaşsız qalmasa da, evin içində təkdir: “Düzdür, ata tərəfdən bacı-qardaşı var, korluq çəkmir”, – deyə gülərək əlavə edib. – “Amma evin içində təkdir”.
Oğlu haqqında danışarkən Röya onun sevgi ilə dünyaya gəldiyini xüsusi vurğulayıb: “Hüseyn iki gözəl ürəkdən, sevgidən doğulan uşaqdır. Onun atasının çox böyük ürəyi var”.
Sənətçi sonda şəxsi fikirlərini ümumiləşdirmədiyini də qeyd edib: “Kaş biz ailə qurmazdıq, bəlkə bir ömür boyu bir yerdə yaşayardıq. Amma dediklərim yalnız mənə aiddir. Nümunə götürməyin, mənə qoşulmayın”.
Röya Ayxanın bu səmimi açıqlamaları sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.
0 Comments