Ruslan Eyyubov Ev Dustaqlığına Buraxılmaması Haqqında Qərar » DaylyAz
Kriminal

Ruslan Eyyubov ev dustaqlığına buraxılmaması haqqında qərar

5 milyon manatanlıq siqaret qaçaq malçılığına bağlı həbsdə saxlanılan müşəhhid iş adamı Ruslan Eyyubov ev dustaqlığına buraxılmasını istəyır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə onun vəkilinin tərəfindən məhkəməyə vəsatət təqdim olunub.

Müdafiəçinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.

Çox epizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatə və Enerji Resursları Baş Gömrük İdarəsi rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdə işdən çıxarılıb. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaş oğullarıdırlar.

Mənbə: https://qafqazinfo.az/news/detail/ruslan-eyyubov-ev-dustaqligina-buraxilmadi-497104

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button