Şəkiliyevin Həbs Müddəti Uzadıldı » DaylyAz
Politika

Şəkiliyevin həbs müddəti uzadıldı

Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı irihəcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin yenidən uzadılmasını istəyib.

Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Qərara əsasən, M.Şəkiliyevin həbs müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev icra başçısı vəzifəsindən azad edilib.

Hazırda M.Şəkiliyevin işlədiyi dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/sekiliyevin-hebs-muddeti-uzadildi-498774

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button