“Sabah” Onun Transfer Hüququna Yiyələndi » DaylyAz
Idman Xəbərləri 206

“Sabah” onun transfer hüququna yiyələndi

“Sabah” Aaron Maludanın transfer hüququna yiyələnib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.

Fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır.

O, bu klubda 12 oyun keçirib, 2 qola imza atıb. Maluda “Renn”in ikinci komandasında və “Nim”də çıxış edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/sabah-onun-transfer-huququna-yiyelendi-494846

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button