Samirənin Anasını Insult Vurmuşdur - Təcili Efirdən GETDİ - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Samirənin anasını insult vurmuşdur – Təcili efirdən GETDİ – VİDEO

Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhətində ciddi problem yaranıb.

Sənətçi “Rəngarəng” adlı proqramda qonaq olarkən ailəsindən təcili xəbər alınıb. Məlumata görə, xəstəxanaya gedən qızından gələn mesajdan sonra Samirə Yusifqızı vəziyyətin ciddiliyini anlayaraq verilişi həyəcan içində tərk edib. O, səbəbi ətraflı açıqlamasa da, studiyanı tələsik tərk etməsi diqqətdən yayınmayıb.

Proqram zamanı anası ilə bağlı duyğusal fikirlər səsləndirən sənətçi Onun həyatındakı yerindən danışıb:

“Heydərəldir ki, məclisə də gedəndə qonorarımdan anamdan alıb gedirəm. Anamın əli yüngüldür. Anam olmasa, yaşamağımın mənası yoxdur. Pulu gətirib anama verirəm, hər şeyim anamdır. Anasız həyatımı belə təsəvvür edə bilmirəm. Bilirəm ki, nə vaxtsa olmayacaq, həsrətlənəcəm, ancaq hələ ki, hazırlaşmış deyiləm. Allah mənim ömrümdən alsın ona versin” – dedi.

Mənbə: https://news.milli.az/showbiz/1315967.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button