Şeyx Əbu-Dabiyə Gedir » DaylyAz
Politika

Şeyx Əbu-Dabiyə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Əbu-Dabiyə səfərə yola düşür.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı QMİ məlumat yayıb. 

Bildirilib ki, A.Paşazadənin səfəri BƏƏ-nin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə baş tutur.

QMİ sədri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində və Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantıda iştirak edəcək.

Fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Mənbə: https://qafqazinfo.az/news/detail/seyx-ebu-dabiye-gedir-497437

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button