Şou Biznes Xəbərləri
Şöhrət Məmmədovun maraqlı etirafı müzakirələrə səbəb oldu

Müğənni Şöhrət Məmmədov maraqlı etirafı ilə diqqət çəkib.
"Dostlarım mənim üçün o qədər qiymətlidirlər ki, onların hər şeyi mənim üçün önəmlidir. Dostlarımın corabını da yuyaram. Mən çox sadiqəm. Məsələn, Üzeyirin mahnılarının baxış sayına görə yox, eyni nəticələr məndə də olub.
Zamanında Üzeyir kimi baxış toplayan olmamışdı, amma mən dostlarımla onların şəxsiyyətinə görə dostluq edirəm. Bizim sözümüz tutur, təmənnasız dostluğumuz var]," demişdir.
Şöhrət Məmmədovun bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub və sənətçinin dostlarına qarşı sadiqliyi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Mənbə: https://news.milli.az/showbiz/1310305.html







