Superkubok qalibi “Fənərbaxça”nın rəhbərliyi komandadakilərə 3 milyon manat mükafat verib

“Fənərbaxça”nın rəhbərliyi “Turkiyə Superkubokunun” qalibi olaraq “Qalatasaray” üzərində qazanılan qələbəyə görə komanda üzvlərinə və xüsusi mükafatları verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, final matçından əvvəl futbolçuları motivasiya etmək üçün xüsusi büdcə ayıran klub rəhbərliyi 2:0 hesablı qələbədən sonra komandaya ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) mükafat verib. Əldə olunan uğura görə ayrılan məbləğ heyətdəki futbolçular və texniki heyət arasinda bölüşdürülüb.
Qeyd edirik ki, “sarı-lacivərdlilər” bu qələbə ilə həm mövsümün ilk titulunu qazanıb, həm də 2014-cü ildən sonra ilk dəfə Superkuboku muzeyinə aparıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/qelebeye-gore-3-milyon-aldilar-495022








