Şuşa, Xankəndi Və Xocavənddə Köməksiz Qalan şəxslər Belə Xilas Edildi - Video » DaylyAz
Aktual xəbərlər

Şuşa, Xankəndi və Xocavənddə köməksiz qalan şəxslər belə xilas edildi – Video

Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu dərhal əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes” markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/susa-xankendi-ve-xocavendde-komeksiz-qalan-sexsler-bele-xilas-edildi-video-496288

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button