Kriminal
Tərtərdə yanğın: Ev külə döndü

Tərtər rayonunda yanğın vəziyyəti yaranıb. Hadisə Düyərli kəndində baş verib. Kənd sakini Maarif Quliyevə məxsus yaşayış sahəsində yanğın baş verdi və ev tamamilə yanaraq külə döndü.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölməsi yerə cəlb olunub və yanğın ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
(Mənbə: Qafqazinfo)
Mənbə: https://qafqazinfo.az/news/detail/terterde-ev-yanaraq-kule-dondu-video-498528







