Kriminal
“Toyota” yoldan çıxaraq supermarketə girdi – Video

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub.
“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb.
Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.
Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb.
Mənbə: https://qafqazinfo.az/news/detail/toyota-yoldan-cixaraq-supermarkete-girdi-video-496176







