“Keçən ilin avqust ayında imzaladığımız Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, bu pis müharibə onun başa vurduğu 8 müharibədən biri idi.

“Artıq Rifah və sülh hökm sürür. Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik. Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza atacağıq.

ABŞ-də istehsal olunmuş müdafiə avadanlıqlarını, o cümlədən, gödəkçə, qayıqlar və s. Azərbaycana satacağıq”, – Tramp qeyd edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/tramp-ilham-eliyev-ve-nikol-pasinyana-tesekkur-etdi-496521

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *