Üç Uşaq Anası Həkim Işğalindən öldü – Prokurorluq Məlumatı » DaylyAz
Kriminal

Üç uşaq anası həkim işğalindən öldü – Prokurorluq məlumatı

Qafqazinfo xəbər verir ki, Yeni Klinika PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-qıncoloq işləyən Sevinc Məmmədova cinayət məsuliyyətinə cəlb edilib.

Bildirilib ki, Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinika PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada Ölümünə səbəb olduğuna görə əsaslı şübhələr müəyyənləşib.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində istintaq orqanının qərarı ilə polis nəzarəti altında verilmə növündə əsas və məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdıraraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/uc-usaq-anasi-hekim-sehvinden-olubmus-prokurorluq-melumat-yaydi-494476

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button