"Uşaqlarım Məni Görəndə Qorxub Ağlamışdır" » DaylyAz
Şou Biznes Xəbərləri

“Uşaqlarım məni görəndə qorxub ağlamışdır”

Alymkəramətli aktyor Hikmət Rəhimov “Qapqara” layihəsində qonaq olub.

"Səkkiz"dəki baş qəhrəmana görə bir çox qrimyorlarla görüşdü. Başa düşdüm ki, bizdə bunu edə biləcək, təcrübəsi olan qrimyor, ümumiyyətlə material yoxdur. Saçımı, qaşımı kəsməyə və 4 dişimi çıxartmağa məcbur oldum. Bu, 44 gün davam etdi.

Evə gec saatlarda gəlirdim ki, övladlarım məni görməsin. Oğlum Fuad məni görəndə qorxub ağlamışdı. Elə başa düşürdü ki, mənim nəsə ciddi xəstəliyim var. Anasına sual verirdi ki, mən əvvəlki vəziyyətimə qayıdacağam? Bu, mənim özümü də narahat edirdi. Həm rejissorluq edib, həm də bir psixoloji problemi olan qatili canlandırmaq çətin idi. Bütün saç və tükləri qırxmağımız morqda baş verdi. Çəkilişlərə fasilə verib bir neçə saat ərzində məni təmizləməyə başladılar. Orada güzgüyə baxanda mən Vaqif İbrahimoğluya oxşardım". (Axşam.az)

Mənbə: https://news.milli.az/showbiz/1315226.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button