Xalq Artisti: "Pulum çoxdur, Araqla əylənməkdə Cavan Oğlanları Böyrü üstə Qoyaram" » DaylyAz
Şou Biznes Xəbərləri

Xalq artisti: “Pulum çoxdur, araqla əylənməkdə cavan oğlanları böyrü üstə qoyaram”

"Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm və qoca kişilərə qoşulub nərd oynayıram. Başqa işim yoxdur, günümü belə keçirirəm" – deyən 87 yaşlı xalq artisti bildirib ki, mütəmadi olaraq paytaxtla əlaqə saxlayır.

"Bakıya tez-tez gəlib-gedirəm. Radiodan, televiziyadan çağırırlar, tədbirlərə qatılıram. Mənimunudmaq kim problemim yoxdur".

Xalq artist söhbət zamanı hazırda qardaşı ilə nərd oynadığını da deyib:

"Qardaşım dan soruşun ki, Tariyel necə nərd oynayır?" Bu məqamda qardaşı telefondan səslənib, xalq artistin yaxşı nərd oynadığını təsdiq edib və həmişə onu udduğunu bildirib.

Tariyel Qasımovun Bakıda nümayiş etdirilən tamaşaları izlədiyini də bildirib: "Məni tamaşaları izləməyə dəvət edirlər. Gəlib baxıb, fikrimi bildirirəm. Gənc Tamaşaçılar Teatrından ayrılsam da, mənim portretim teatrın foyesində birinci vurulub. Premyeralar olanda həmişə dəvət edirlər".

Xalq artist ata yurdu Ağstafaya köçmə səbəbindən də danışıb: "Burada sakitlikdir, təmiz havası var. Günüm xoş keçir. Hər gün nərd oynayıb başımı qatıram, darıxmıram".

87 yaşlı xalq artist gümrah qalması barədə bunları da deyib:"Bizdə çox yaşamaq genetikdir. Anam 101 yaşında rəhmətə gedib. Mənim 87 yaşım var, amma özümü cavan oğlan kimi hiss edirəm. Yeri gələndə qaçmaqda, yeyib içməkdə, araq içməkdə cavan oğlanları boyrü üstə qoyaram. Araq içməkdə onları boyrü üstə qoyaram".

Mənbə: https://news.milli.az/showbiz/1310791.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button