Aktual xəbərlər
Xankəndi və Kərkicahanda maşınlarda köməksiz qalanlar xilas olundu

Qafqazinfo xəbər verir ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi ərazisində yolların buz bağlanması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz qalıb. Bu məsələ haqqında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar tərəfindən yolun buz bağlanması səbəbindən hərəkətini davam etdirə bilməyən “Honda” və “Toyota” markalı 4 ədəd minik avtomobilin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.







