Yağış Yağır, Külək əsir » DaylyAz
Aktual xəbərlər

Yağış yağır, külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Mənbə: https://qafqazinfo.az/news/detail/yagis-yagir-kulek-esir-497570

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button