Yeni Sədr şəhid Oğludur - Dosye » DaylyAz
Politika

Yeni sədr şəhid oğludur – Dosye

Məlum olduğu kimi, bu gün Dövlət Statistika Komitəsinə sədr təyinatı olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Azər İsmayıl oğlu Mursaqulov gətirilib.

“Qafqazinfo” yeni sədrin dosyesini təqdim edir:

Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, A.Mursaqulov 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulovun oğludur. İ.Mursaqulov 1990-cı ilin yanvarın 24-ü Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onun olduğu və yolun kənarında dayanmış avtomobilin üzərindən keçib. Ağır zədə alan professor fevralın 3-ü vəfat edib.

İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/yeni-sedr-sehid-ogludur-dosye-498370

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button