Yüksək Maaş Və Sərfəli şərtlərə Aldanıb - Qurban Olmayın! » DaylyAz
Kriminal

Yüksək maaş və sərfəli şərtlərə aldanıb – Qurban olmayın!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına əsasən, son dövrlərdə sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. Bu təkliflərin cəlbedici görünən əslində, saxta iş və təhsil propaqandalarıdır. Belə saxta elanlara inanaraq xarici ölkələrə səfər edən vətəndaşların sənədləri əllərindən alınır, məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152” Qaynar Xəttinə müraciət ederek konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala bilərsiniz.

Getmək istədiyiniz ölkədə akkreditasiyalaşdırılmış Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə contact saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə bilərsiniz.

İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə bilərsiniz.

Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.

Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri hər kimi etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olduqda əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunsuz əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.

Mənbə: https://qafqazinfo.az/news/detail/yuksek-maas-serfeli-sertlere-aldanib-qurban-olmayin-video-498201

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button