Zaur Axundov cinayət işi üzrə mübarədədir

Dünən xəbər verdiyimiz kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun qarşı cinayət işi başlanılıb.
Qafqaz-infonun əldə etdiyi məlumata görə, federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustağı qətimkan tədbiri seçilib.
Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.
Məlumat üçün deyək ki, ev dustağı qətimkan tədbiri həbsə birbaşa alternativ qətimkan tədbir olaraq hesablanır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyəylərə əməl etməsi şərti ilə tətbiq olunur.
Qeyd edək ki, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.
Mənbə: https://qafqazinfo.az/news/detail/zaur-axundov-ev-dustagi-oldu-498314







