Politika
ABŞ-nin vitse-prezidenti gələn ay Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır.
“ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.
Mənbə: https://qafqazinfo.az/news/detail/abs-nin-vitse-prezidenti-gelen-ay-azerbaycana-sefer-edecek-496522







