İtalyada “İnter” əzmkar Qələbə Qazandı » DaylyAz
Idman Xəbərləri 206

İtalyada “İnter” əzmkar qələbə qazandı

“İtalya A Seriyasının 22-ci turunun oyunlarına “İnter” və “Piza” qarşılaşması ilə start verilib.

“Qafqazinfo” xəbər verir ki, “San-Siro” stadionunda baş tutan görüş Milan təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Birinci hissədə Stefano Moreo dubla imza ataraq, qonaqları hesabda önə çıxarsa da, “İnter” ardıcıl üç dəfə fərqlənə bilib. Pyotr Zelinski, Lautaro Martines və Francesko Espizoto qol müəllifləri olublar.

İkinci hissədə Francesko Dimarko, Anj-Yoan Bonni və Henrix Mxitaryan rəqib qapıçısını məyus edərək yekun hesabı müəyyənləşdiriblər – 6:2

Hesabında 52 xal olan “İnter” turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Piza” isə 14 xalla sonuncu, 20-ci yerdədir.

Mənbə: https://qafqazinfo.az/news/detail/inter-darmadaginla-qalib-geldi-496517

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button