Şou Biznes Xəbərləri
Nəsibə Zeynalovanın geyimlərində EFİRƏ ÇIXDI – VİDEO

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhnə geyimlərində efirə çıxaraq diqqət çəkib.
Sərxan Kərəmoğlu bildirib ki, həmin libaslar vaxtilə Nəsibə Zeynalovanın özü tərəfindən geyinilib:
"Bunlar Nəsibə xanımın şəxsi paltarlarıdır. Filmlərdə istifadə olunan geyimləri Tarix Muzeyində saxlanılır. Bu isə tamaşalarda geyindiyi libaslardır. 26 il əvvəl Nəsibə xanım bu geyimləri mənə verib. O vaxtdan qoruyub saxlamışam və bu gün ilk dəfədir ki, efirdə geyinilir", – deyə o vurğulayıb.
Qeyd edək ki, unudulmaz sənətkar Nəsibə Zeynalova 2004-cü il martın 10-da – Milli Teatr Günündə vəfat edib.
Mənbə: https://news.milli.az/showbiz/1315742.html







